u/Warm_Translator_5891

Azərbaycanda kim, nəyə görə polis olmaq istəyər?

Hamınız bildiyi kimi, azərbaycan polisi digər ölkələrdəki polislərə nəzərən biraz "fərqlidir". Və bu, millət arasında çox yaxşı bilinir. Hətta kimilərinə görə ən alçaq iş vəzifəsi kimi qəbul olunur. Digər millətlər problemlərini həll etmək üçün polis axtaranda, biz əlavə problem çıxmasın deyə polisin işə qarışmamağını istəyirik. Ən çox söyüş sahibi olan sənət də deyə bilərik. Rüşvət və yozlaşmadan qazanmaq istəyənləri başa düşmək o qədər də çətin deyil. Xarakter məsələsidir. Bəs bu söhbət hər açılanda "yaxşısı da var, pisi də" deyən həmin o yaxşı polis, vəzifəsinin öz milləti tərəfindən xoş qarşılanmadığını bilə-bilə niyə bu sənəti seçir. Və bu şəxslərin ətrafındakı insanlarla gündəlik sosial əlaqələri necə olur?

reddit.com