u/Disqualified_2127

Birdəfəlik freelance iş

Salam. Tezliklə xarici şirkətlə işə başlayıram, amma ödənişlər sabit olmayacaq: məsələn, əvvəl 600€, sonra isə 100-200€ kimi kiçik məbləğlər gələcək. Pulları Payoneer-dən yerli banka çəkəcəyəm.
Sualım budur: Bu cür kiçik məbləğlər üçün VOEN açmaq mütləqdir? Və əgər açmalı olsam, ödənişi qəbul edib bitirdikdən sonra VOEN-i dərhal bağlamaq (və ya dondurmaq) asandır? Yəni, sadəcə bir neçə köçürmə üçün VOEN-i açıb, sonra heç bir problem yaşamadan bağlaya bilərəmmi? Və VOEN-i bağlamaq və ya dondurmaq istəsəm, vergi və DSMF ödənişlərini rüblük hesabatı gözləmədən, dərhal həmin anda etməliyəm? Yoxsa proseduru necədir? Ödənişi qəbul edib, vergini ödəyib, dərhal dondura bilərəm?

reddit.com
u/Disqualified_2127 — 4 days ago